İlon Mask yenidən dünyanın ən varlısı oldu
Dünyanın ən varlı 10 insanının siyahısı yenidən açıqlanıb. İlon Mask, avqust ayında sərvətini 202 milyard dollar artıraraq 892 milyard dollara çatdırıb və dünyanın ən varlı insanı olaraq liderliyini qoruyub. Bu artım, əsasən “SpaceX” və “Tesla” şirkətlərinin səhmlərinin bahalaşması ilə əlaqədardır.
Minval.info xəbər verir ki, “Forbes”in sentyabrın 1-də təqdim etdiyi məlumatlara əsasən, Maskın sərvəti iyul ayında 363 milyard dollar azaldıqdan sonra avqust ayında yenidən rekord səviyyəyə çatıb. “SpaceX” səhmləri 33 faiz, “Tesla” səhmləri isə 18 faiz bahalaşıb.
Maskın sərvəti, dünyanın ikinci ən varlı insanı olan “Google”un həmtəsisçisi Larri Peycin sərvətindən üç dəfədən çoxdur. Peyc avqust ayında 15 milyard dollar itirərək sərvətini 277 milyard dollara endirib. “Amazon”un təsisçisi Ceff Bezosun sərvəti 10 milyard dollar azalaraq 268 milyard dollara düşüb, “Google”un digər həmtəsisçisi Sergey Brinin sərvəti isə 13 milyard dollar azalaraq 256 milyard dollara enib.
Avqust ayında ilk altı pillədə dəyişiklik olmayıb. Maykl Dell 241 milyard dollarla beşinci, Mark Zukerberq isə 197 milyard dollarla altıncı yerdədir. “Oracle”un səhmlərinin 15 faiz bahalaşması Larri Ellisonun sərvətini 25 milyard dollar artıraraq 193 milyard dollara çatdırıb və o, yeddinci pilləyə yüksəlib. “Nvidia”nın baş direktoru Censen Huanqın sərvəti 17 milyard dollar artsa da, 191 milyard dollarla səkkizinci yerdədir.
Əvvəllər dünyanın ən varlı insanları sırasında olan Bernar Arno və Uorren Baffet isə ilk 10-luqdan çıxıblar. Onların yerini keçmiş “Microsoft” rəhbəri Stiv Ballmer və “Inditex”in təqaüdçü rəhbəri Amansio Orteqa tutub. Ballmerin sərvəti 10 milyard dollar artaraq 155 milyard dollara çatıb və doqquzuncu pillədədir. Orteqanın sərvəti isə 5 milyard dollar artaraq 148 milyard dollar olub.
“Forbes”ə görə, dünyanın ən varlı 10 insanının ümumi sərvəti 2,8 trilyon dollara çatıb. İyul ayında bu göstərici 2,6 trilyon dollar idi. Siyahıdakı 10 milyarderin doqquzu ABŞ vətəndaşıdır. ABŞ-dən kənardan siyahıya daxil olan yeganə şəxs İspaniya vətəndaşı Amansio Orteqadır. İlk 10-luğun bütün üzvləri kişilərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nestle vitamin biznesini 1 milyarda satır
İran: ABŞ-yə qarşı ağır cavab gəlir
Rusiyanın Kiyevi "ölü şəhərə" çevirmə planı
Mehdiabadda uşaq musiqi məktəbi yenilənir
Rusiyada məktəbli müəlliməyə bıçaqla hücum etdi
İlber Ortaylının əşyaları xeyriyyə üçün satılır