İlham Əliyev yeni alınan qatarlarda - FOTOLAR
Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Minval.info xəbər verir ki, dövlət başçısı qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var.
Vaqonların əsas üstünlüklərindən biri, qapıların əvvəlki modellərə nəzərən daha geniş olmasıdır. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm-dir. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Bu mənada, qapıların açılıb-bağlanarkən yeni tipli işıqsiqnallı xəbərdarlıq sistemi ilə təchiz olunmasını da qeyd etmək lazımdır.
Baş vaqonlarda arabalar, hətta velosipedlər üçün yer də ayrılıb. Bundan başqa, sərnişin salonu daha da təkmilləşdirilib və əvvəlki modellə müqayisədə, 15 faiz genişləndirilib, oturacaqları və tutacaqları sərnişinlər üçün daha münasib edilib və artırılıb. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri də yeniliklərlə zənginləşdirilib. 2015-ci ildə Bakı metropoliteninə gətirilmiş yeni tipli qatarlar kimi, bu hərəkət tərkiblərində də vaqonlar arasında keçid var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi









