İlham Əliyev Artur Rasi-zadəyə təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib.
Minval.İnfo-nun məlumatına görə, qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib.
Artur Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.
Artur Rasi-zadə göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirib. O, prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi