İki gündə yol qəzalarında 6 piyada ölüb

Ötən həftənin şənbə və bazar günləri respublika ərazisində 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Minval.info” Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, nəticədə 8 nəfər həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən qəzaların 6-sı piyada vurma, 2-si aşma hadisəsidir.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Oktyabrın 23-də Şirvan şəhərində sürücü Anar Abdullayev “Ford” markalı avtomobillə 1949-cu il təvəllüdlü piyada Muradəli Həsənovu, Gəncə şəhərində sürücü Ramin Abbasov “Mercedes-Benz” markalı avtomobillə 1954-cü il təvəllüdlü piyada İbrahim Bayramovu, Qəbələ rayonunda sürücü Simran Əzimov “VAZ 2121” markalı avtomobillə 1982-ci il təvəllüdlü Vadim Salehovu vurub.
Oktyabrın 24-də Tovuz rayonunda sürücü Beyrək Məhərrəmov “VAZ 21015” markalı avtomobillə 1968-ci il təvəllüdlü piyada Fazilə Cəfərovanı, Binəqədi rayonunda sürücü Lətif Abasov “Hyundai” markalı avtomobillə 1963-cü il təvəllüdlü piyada Səlim Cəfərovu, Tərtər rayonunda sürücü Emin Məmmədov “VAZ 2107” markalı avtomobillə piyada Yetər Paşayevanı vurub. Altı hadisə üzrə adları çəkilən piyadalar ölüb.
Oktyabrın 23-də Salyan rayonunda sürücü Qismət Səmədov idarəetməni itirərək “Opel” markalı avtomobili aşırıb və sərnişini 1988-ci il təvəllüdlü Elvin Abbasov ölüb. Eləcə də, oktyabrın 24-də Ağsu rayonunda sürücü Şahbaz Ağayevin idarə etdiyi “Shacman” markalı avtomobil yolun hərəkət zolağından çıxaraq aşıb və sonuncu dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?