06.04.2021 - 16:19
Foto 1 baxış

İƏT nümayəndələri Ağdam məscidində namaz qıldı - Fotolar

Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Cümə məscidində olublar.
Minval.info Trend-ə istinadən xəbər verir ki, daimi nümayəndələr məsciddə ermənilərin törətdikləri barbarlıqla tanış olublar.
Onlara ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri məsciddə namaz qılıb, dualar ediblər.

 

 

 

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: