Husilər Səudiyyə Ərəbistanının neft obyektlərinə hücum etdiklərini bildiriblər
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri, Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco”nun Ər-Riyad və Xurays şəhərlərindəki obyektlərinə ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiklərini iddia ediblər.
Minval.info xəbər verir ki, husilərin hərbi nümayəndəsi Yəhya Saria əməliyyatların uğurla başa çatdığını və hədəflərə dəqiq zərbələr vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində obyektlərdə güclü yanğınlar baş verib.
Saria bildirib ki, bu hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının son 12 saat ərzində Yəmənin Səna və digər əyalətlərinə endirdiyi 50 hava zərbəsinə cavab olaraq həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pakistan təhlükəsizlik qüvvələri terrorçulara zərbə endirdi
Zəfərə aparan Talış-Suqovuşan əməliyyatı haqqında yeni faktlar
Bakıda "ADEX 2026" və "Securex Caspian" sərgiləri uğurla yekunlaşıb
Azərsun Holdinq ADEX 2026 sərgisində qida məhsulları ilə iştirak edir
Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
Zəngəzurda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı yeni iddialar