21.08.2026 - 08:55
Hərbi xəbər 407 baxış

Husilərin dron hücumu: Səudiyyə ərəbistanında hədəf alınan obyektlər və gizli qalan detallar

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı, daha çox husilər kimi tanınan qrup, Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki iki obyektə pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.

Minval.info xəbər verir ki, hücumlar hava limanı və “Saudi Aramco” neft şirkətinə aid obyektlərə yönəlib. Husilər, zərbələrin hədəflərinə çatdığını iddia etsələr də, dağıntıların miqyası barədə məlumat verməyiblər.

Səudiyyə Ərəbistanı hələlik bu hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb. Xatırladaq ki, iyul ayında husilər Səna hava limanına edilən hücumlara cavab olaraq Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etmişdilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: