Hörmüz boğazında yeni marşrut: İran və oman razılaşmaya necə yaxınlaşır?
İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutunun yaradılması ilə bağlı razılaşmaya yaxınlaşır. Lakin bu marşrutun istifadəyə verilməsi bir sıra əlavə şərtlərin yerinə yetirilməsindən asılıdır.
Minval.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi avqustun 8-də keçirilən mətbuat konfransında bu barədə məlumat verib. O bildirib ki, Omanla Hörmüz boğazının idarə olunması və gəmilərin hərəkət marşrutunun müəyyənləşdirilməsi üzrə danışıqlar davam edir. Razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını vurğulayan Əraqçi, boğazın açılmasının ABŞ-nin İslamabad memorandumu ilə bağlı pozuntuların aradan qaldırılmasına da bağlı olduğunu qeyd edib.
Əraqçinin sözlərinə görə, əvvəlki dövrdə qüvvədə olan gəmi hərəkətinin ayrılması sistemi artıq İranın tələblərinə cavab vermir. Buna görə də, yeni texniki və hüquqi çətinlikləri nəzərə alaraq, yeni bir sxemin hazırlanması zəruridir.
Hazırda müvəqqəti bir marşrutun müzakirə edildiyini bildirən nazir, bu marşrutun yeni daimi sxem razılaşdırılana qədər fəaliyyət göstərəcəyini və onun əsasına çevriləcəyini qeyd edib. İran və Omanın hərbi və hərbi dəniz nümayəndələri mövcud xəritələr əsasında danışıqlar aparır və bu danışıqların yekunlaşmasından sonra yeni marşrut müəyyən ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə dizel yenidən 100 lirədən ucuzdur
Elşad Namazov Abşeron Logistikadan ayrıldı: 8 ilin sonu
Yusuf Dikeç Derya Arms-da məsləhətçi oldu
Nobel mükafatının məbləği rekord həddə çatdı
Rusiya Ermənistana iqtisadi xəbərdarlıq etdi
Əraqçinin Pekin səfəri: Çin-İran münasibətlərində yeni mərhələ
Qızılın qiyməti yenidən yüksəlir!