Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sədri olduğu Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan İsrail dövlətinin ancaq yəhudilərə məxsus edən Knessetin qəbul etdiyi yeni qanunu tənqid edib:
“İsrailin Fəlsətində həyata keçirdiyi hücumlar bəşəriyyətə qarşı cinayətdir. Öz torpaqlarını qorumaqdan başqa heç bir günahı olmayan dinc fələstinlilərin üzərinə tankla, raketlə gedən İsrail terror dövləti olduğunu bir daha göstərdi. Hitleri ari irq ideyası ilə İsrail hakimiyyətinin bu qədim torpaqları sadəcə yəhudilərə məxsus sayan anlayış arasında heç bir fərq yoxdur. Dünyanı böyük fəlakətə sürükləyən Hitlerin ruhu İsrailin bəzi rəhbərləri arasında yenidən xortlayıb. İslam dünyasının, xristian aləmini, dünyadakı demokrat və azadlıqsevər bütün dövlətləri təşkilatları, QHT-lərini, mətbuat nümayəndələrini İsrailə qarşı fəaliyyət göstərməyə dəvət edirəm”.



































