Hindistanlı pilot Flydubai təyyarəsini fəlakətdən xilas etdi
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus Flydubai təyyarəsi dünən Dubaydan Təl-Əvivə doğru yola çıxarkən baş verən hadisələr dünya gündəminə damğasını vurdu. Bu təyyarənin içərisində 174 sərnişin var idi.
Minval.info xəbər verir ki, təyyarənin uçuşu zamanı qaçırılma siqnalı verilməsi ilə alarm vəziyyəti yaranıb, İsraildən qırıcılar havaya qalxıb və təyyarə Səudiyyə Ərəbistanına yönləndirilib. Lakin sonradan bu alarmın, kokpitdə iki pilot arasında baş verən mübahisə zamanı verildiyi məlum olub.
Məlumata görə, mübahisə, köməkçi pilotun təyyarəni qəfil dalışa keçirərək sürətlə hündürlük itirməyə çalışdığı zaman Hindistanlı pilot Smit Maççarın müdaxiləsi ilə baş verib. Maççarın müdaxiləsi ilə təyyarə fəlakətdən xilas edilib.
Müdaxilə zamanı köməkçi pilot tərəfindən bıçaqlanaraq yaralanan Maççar, təyyarənin daha sonra Səudiyyə Ərəbistanının Təbük şəhərinə təhlükəsiz eniş etməsindən sonra xəstəxanada müalicə altına alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır