Hindistanda faciə: turist gəmisinin batması nəticəsində 22 nəfər öldü
Hindistanın Kerala əyalətində turist gəmisinin batması nəticəsində 7-si uşaq olmaqla 22 nəfər həyatını itirib.
AZXEBER.COM xəbər verir ki, NDTV-nin məlumatına görə, turistləri daşıyan qayıq yerli ölkənin cənubunda yerləşən Kerala ştatının Malappuram bölgəsində batıb.
Malappuramın xilasedici briqadasının rəsmilərindən Moosa Vadakkethil verdiyi açıqlamada qayığın batmasından sonra xilasetmə işlərinə başlanıldığını bildirib. Vadakkethil 7-si uşaq olmaqla 22 nəfərin cəsədlərinə çatdıqlarını, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Vadakkethil batan qayıqdan sağ qalanların çox olduğuna diqqət çəkib.
Baş nazir Narendra Modi verdiyi açıqlamada həyatını itirənlərə görə kədərləndiyini bildirib. Modi qəzada yaxınlarını itirənlərə başsağlığı verib və təzminat ödəniləcəyini açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır