Hindistanda dəşhətli hadisə: Baba körpə nəvəsini diri-diri basdırmaq istədi (VİDEO)
Hindistanda görənləri dəhşətə gətirən hadiə baş verib.
Musavat.com “Milliyet”ə istinadən xəbər verir ki, yeni doğulmuş qız uşağını diri-diri bastırmaq istəyən babası və onun dostu polis tərəfindən son anda yaxalanıblar.
Evləndikləri zaman cehiz veriləcəyi üçün maddi yük hesab edilən qız uşaqlarının öldürülməsi Hindistanda olduqca yayğın hal almağa başlayıb. Bu kimi dəhşətli hadisələrdən biri də ötən gün ölkənin Heydərabad şəhərində baş verib. Məlumata görə, babası yeni doğulmuş körpəni diri-diri bastırmaq istəyib.
Belə ki, avtobus dayanacağının qarşısından keçən bir avtomobilin sürücüsü dayanacağın yaxınlığında olan boş sahədə torpağı qazan iki nəfər şəxsi görüb. O, adamlardan birinin qucağında bələkdə olan körpəni görüb, dərhal polisə məlumat verib.
Qısa bir zamanda əraziyə gələn polis əməkdaşları onlardan nə etdiklərini soruşublar. Cani baba uşağın öldüyünü bildirib. Lakin polislər özünü şübhəli aparan babaya inanmayıblar və baxış zamanı məlum olub ki, uşaq sağdır. Onlar uşağın babasını və onun dostunu saxlayaraq, polis bölməsinə aparıblar.
Polislərin səyləri nəticəsində ölümdən xilas edilən uşağın sağlıq durumunun normal olduğu bildirilir.
Həmin görüntüləri təqdim edirik.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putin nazirin toyunda rəqs etdi - FOTO
Rusiyada son sutkada 1 100-dən çox yoluxma faktı qeydə alındı
“Microsoft” bu məktəbə pulsuz kompüterlər verəcək - SƏBƏB
İstanbulda körpüdə metrobuslar toqquşdu, yaralılar var
Pakistanda nüvə başlıqlı ballistik raketin sınağı keçirilib
Türkiyə İdlibdə hücumların dayandırılmasını tələb etdi