Koronavirusun “Hindistan ştammı” – “Delta” artıq dünyanın 90 ölkəsinə yayılıb. Azvision.az xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.

“Bütün dünyadakı elm adamları peyvənd olunanlar da daxil olmaqla SARS-CoV-2 virusunun “Hindistan ştammı”nın təhlükəsini vurğulayırlar. Qeyd edilən virus iki əsas mutasiyaya malikdir və bu, peyvənd olunanların, həmçinin yoluxanların immunitetinin müdafiəsini iki-üç dəfə azaldır”, – Popova bildirib.

O, “Hindistan ştammı”nın “delta plyus” adlanan yeni mutasiyasının aşkarlandığını əlavə edib:

“Hindistan səlahiyyətliləri bu variantın daha çox narahatlıq yaratdığını etiraf ediblər.

Bundan əvvəl İngiltərədə “delta plus”a azı 41 yoluxmanın qeydə alındığı bildirilib.