01.10.2026 - 19:26
Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
Hərbi xəbər 8 baxış

Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb

Laçın rayonu istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Minval.info xəbər verir ki, sosial mediada Azərbaycanın Laçın rayonunda yerləşən hərbi hissələrdən birində xidmət edən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılıb. 26 sentyabr 2026-cı il tarixində onun xidmət yerində olmadığı müəyyən edilib və axtarış tədbirləri başladılıb.

Müdafiə və Fövqəladə Hallar Nazirlikləri tərəfindən aparılan zəruri axtarış tədbirləri nəticəsində, Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair şübhələr yaranıb. Bu səbəbdən Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və cinayət işi açılıb.

Araşdırmalar nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində saxlanıldığı müəyyən edilib. Hazırda Azərbaycan və Ermənistanın aidiyyəti dövlət qurumları arasında təmaslar davam etdirilir ki, hadisənin digər təfərrüatları aydınlaşdırılsın.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: