12.08.2026 - 13:06
Ölkə 11 baxış

Havalar niyə belə dəyişdi? Bakı-Abşeron iqliminin sirri açıldı!

Avqustun əvvəlində havanın gözlənilmədən sərinləşməsi müşahidə olunur. Bu yay mövsümündə əvvəlki illərə nisbətən daha az şiddətli istilərin olması diqqət çəkir.

Minval.info xəbər verir ki, ekoloq Sadiq Həsənov bu il kəskin istilərin olmamasına baxmayaraq, havanın mülayim keçmədiyini bildirib. Onun sözlərinə görə, Bakı-Abşeron bölgəsi üçün bu, xarakterik iqlim göstəriciləridir. Adətən avqustun əvvəlində və iyulun sonunda temperatur 40 dərəcəyə qədər yüksəlirdi, lakin bu il temperatur nisbətən aşağı olub. Ümumilikdə isə isti hava şəraiti davam edib.

Həsənov əlavə edib ki, Bakı-Abşeron yarımadası Xəzər dənizinin içərisinə doğru uzandığı üçün müxtəlif istiqamətlərdən gələn hava kütlələrinin təsirinə məruz qalır. Xəzər dənizinin şimalında formalaşan hava kütlələri ilə əlaqədar olaraq, burada küləklər yaranır. Temperaturun yüksəlməsi zamanı torpaq tez qızır və soyuyur, Xəzər dənizi isə gec qızır və soyuyur, bu da atmosfer təzyiqində fərq yaradır.

Ekoloq qeyd edib ki, atmosfer təzyiqi normalda bir atmosfer olsa da, bəzi hallarda 0,35-0,40 atmosferə qədər fərq yarana bilər. Bu, Xəzri küləklərinin yaranmasına səbəb olur və bu küləklər şimaldan cənuba doğru əsir. Xəzər dənizinin cənubunda isə külək Elburs dağlarına toxunaraq geri qayıdır və Gilavar küləyi yaranır. Bu vəziyyət Bakı-Abşeron üçün xarakterik iqlim xüsusiyyətlərindəndir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: