Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı paytaxt sürücülərinə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir:

“Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında park etməsinlər”.

Şöbə rəisi qeyd edib ki, ümumiyyətlə normal hava şəraitində də avtomobillərin ağacların altında park edilməsi tövsiyə olunmur.