Hamımızın evdə istifadə etdiyimiz bu dərmanın təhlükəli olduğu aşkarlandı
Danimarkanın Kopenhagen Universitetinin tədqiqatçıları kişilərdə sonsuzluq yaradan dərmanın adını açıqlayıblar. Onların fikrincə, son illər ərzində Avropa boyunca kişilərdə spermatozoidlərin 50 faiz azalmasının səbəbi onların qəbul etdiyi dərmanlarla bağlıdır. SaglamOlun.com xəbər verir ki, tədqiqatın nəticələrinə dair məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.
Mütəxəssislərin gəldiyi nəticəyə görə, dərmanlardan, xüsusən də ağrıkəsici dəmanlardan istifadənin nəticəsində kişilərdə hormonal dəyişikliklər baş verir ki, bu da sonsuzluğa gətirib çıxarır.
Qeyd edək ki, tədqiqatlar zamanı “ibuprofen” əsaslı dərmanlar yoxlanlıb. Digər qrup isə “plasebo” əsaslı dərmanlarla sınaqdan keçirilib. Bu dərmanların qəbulu nəticəsində kişilərdə spermatozoidlərin formalaşmasına səbəb olan hormonlarda dəyişikliklər qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda da ağrıkəsici dərmanlar, o cümlədən “ibuprofen” tərkibli dərmanlar geniş istifadə edilir. Xüsusən də uşaqlarda qızdırma və ağrıların simptomatik müalicəsi üçün “ibuprofen” tərkibli dərmanlar intensiv qaydada tətbiq edilir. Bu dərmanların firma adları fərqli olsa da, əsas tərkibi “ibuprofen”dən ibarətdir.
Belə dərmanları oğlan uşaqlarına təyin edərkən ehtiyatla qərar vermək lazımdır. Məsələ burasındadır ki, belə dərmanların müalicəvi təsiri yoxdur, onlar sadəcə, 4-5 saat müddətinə qızdırmanı aşağı salır və ağrıları götürür. Mütəxəssislər hesab edirlər ki, simptomları yumşaltmaq üçün zərərsiz alternativ vasitələrdən istifadə etmək daha düzgündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq