Əhalinin nəzərinə! - Bu yerlərdə ev tikənlər 5 min manat cərimələnir
Təyinatı tikinti aparmaq üçün olmayan torpaq sahəsində ev inşa edənlər cərimə olunurlar.
“Minval.info” xəbər verir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikən şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdşları tərəfinan aparılan monitorinqlər zamanı aşkar edildikdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən protokol tətbiq olunur. Bu qanunsuz əmələ yol verdiyi üçün, fiziki şəxslər beş yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilirlər.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzər Xəbər”ı deyib ki, qanunsuz tiklilərin sahiblərini müəyyən məbləğdə cərimə etmək çıxış yolu deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2015-ci ildən hazırki vaxta qədər kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən başqa məqsədlər üçün istifadə hallarına görə, inzibati tənbeh tədbiri kimi 609 protokol tərtib edilib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evlərinin inşa edilməsinə münasibətdə yeni və yaxud köhnə tikili olmasından asılı olmayaraq uzanan inzibati xəta olduğundan inzibati tənbeh tədbiri kimi cərimə xətanın aşkar edildiyi vaxtdan tətbiq edilir.
Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. O ki, qaldı torağın təyinatının dəyişdirilməsinə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu Nazirlər Kabineti tərəfindən aparıla bilər.
https://youtu.be/Qz48ApUcQ-M
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur