Əhalini sevindirəcək XƏBƏR - Bu avtomobillər ucuzlaşacaq - VİDEO
Ölkəmizə gətirilən bəzi avtomobillər idxal rüsumundan azad olunacaq.
“Minval.info” xəbər verir ki, Dövlət Gömrük Komitəsi elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması üçün təkliflər hazırlayıb.
Müvafiq qurumlardan müsbət rəy alındıqdan sonra təkliflər hökümətə təqdim olunacaq.
İqtisadçı-ekspert Xalid Kərimli “Xəzər Xəbər”ə deyib ki, hazırda bu növ nəqliyyat vasitələrinə görə rüsum tələb edildiyi üçün belə maşınların ölkəyə gətirilməsində müəyyən çətinliklər yaşanır.
Ekspert bildirib ki, elektrik mühərrikli avtomobillər yeni sənaye sahəsinin məhsulu olduğuna görə dünya bazarında yüksək qiymətə satışa çıxarılır. Onun sözlərinə görə, bu tip avtomobillərin Azərbaycana idxalı zamanı rüsumun tətbiq edilməsi onların qiymətinə ciddi təsir edir. Xalid Kərimli qeyd edib ki, təkliflər qəbul olunarsa, qiymətlər enəcək və ekoloji təmiz avtomobillər daha əlçatan olacaq.
Ekspert əlavə edib ki, elektriklə işləyən avtomobillərdən geniş istifadə üçün paytaxtla yanaşı bölgələrdə də enerji doldurma məntəqələri qurulmalıdır.
https://youtu.be/eyQHe7s3804
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür