Hakerlər onlayn kazinodan azərbaycanlı istifadəçilərin məlumatlarını oğurladı

Naməlum hakerlər Pin.up.Bet məşhur onlayn kazinonun 10 milyon istifadəçisinin şəxsi məlumatlarını satışa çıxarıb.
“Minval.info” “Bi.zone” şirkətinə istinadən xəbər verir ki, kazinoda ümumi hesabların təqribən 7,8 milyonu Rusiya ərazisində qeydiyyatdan keçib. Lakin bununla yanaşı, kazinonun məlumatlar bazasında Türkiyə, Azərbaycan, Böyük Britaniya, Braziliya, Amerika və Almaniyadan olan hesablar da mövcuddur.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Bildirilir ki, hesablarda müştərilərin elektron poçt ünvanı, doğum tarixi, telefon nömrəsi, maliyyə vəziyyəti, yaşayış yeri, üstünlük verdiyi oyunlar kimi şəxsi və maliyyə məlumatları mövcuddur.
Şəxsi məlumatları satışa çıxaran hakerlər məlumatın qarşılığında kriptovalyuta ilə 10 min dollar tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?