Hacıqabulda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə karantin tələbləri nəzərə alınmaqla narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.
“Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov “Ağ ölüm” adlandırılan narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıb. Ümumbəşəri problemə çevrilən
bu bəlanın gənclərin həyatında yaratdığı problemlər barədə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən görülən işlərdən danışıb.
“Erkən nikah və onun fəsadları” mövzusunda da çıxış edən M.Hüseynov yeniyetmə vaxtlarında qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək , şagirdlərin əsasən təhsilə maraq göstərməli olduğu və gələcəyin yüksək ixtisaslı, müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Anar Əhməd
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur