Həyat yoldaşının hədiyyəsi qadını zəngin etdi - FOTO
ABŞ-ın Merilend ştatında Montqomeri dairəsinin sakini öz xanımına uduşlu lotoreya bileti hədiyyə edib.
Bu barədə “UPI” informasiya portalı məlumat verir.
Anonimliyini qorumaq istəyən kişi həyat yoldaşının müvəqqəti olaraq evdən çıxmaq imkanını itirdiyini deyir. O, xanımını sevindirmək istəyib, bunun üçün də cavabı dərhal bəlli olan bir neçə lotoreya alıb. Qadın mobil tətbiq vasitəsi ilə nəticələri yoxlayanda isə cütlük xoş sürprizlə üzləşib. Belə ki, kişiyə 20 dollara başa gələn biletlərdən biri 50 min dollar uduş gətirib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
“Biz bunu gözləmirdik”, – deyə amerikalı etiraf edib. O, bildirib ki, udulan pulların bir qismi borcların ödənməsinə sərf ediləcək, qalan hissəsi isə gələcək üçün sərmayə kimi saxlanılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək