Həbsdə olan dünyanın ən qatı cinayətkarına arvadı xəyanət etdi — FOTOLAR

İngiltərənin ən qatı cinayətkarı kimi qəbul edilən Çarlz Bronson aktrisa arvadı Paula Uillamsın iki kişi ilə lentə alınan istirahət fotolarının mətbuata sızmasından sonra boşanmaq barədə qərar qəbul edib.
“Ölkə.Az” xəbər verir ki, Paulanın İspaniyada çəkilən fotoları ötən həftə üzə çıxıb. Mətbuata sızan fotoları görən Bronson boşanacağını deyib.
Bronson Paulaya telefon vasitəsilə evlənmə təklif etmişdi. Həyatının uzun dövrünü həbsdə keçirsə də, Çarlz iki dəfə evlənib, bir dəfə də nişanlanıb.
Paula “The Sun” qəzetinə müsahibəsində deyib:
“Məhv oldum, göz yaşlarımı saxlaya bilmirəm. Səhv etmişəm. İndi sevdiyim hər şeyi itirdim”.
1974-cü ildən İngiltərə həbsxanalarının ən məşhur “qonağına” çevrilən cinayət qruplaşmasının lideri Bronson ilk dəfə 19 yaşında həbs edilib. Həbsxanada olduğu dövrdə müntəzəm olaraq nəzarətçilərə hücum edən və bıçağa əl atan Bronson ömürlük həbs cəzasına məhkum edilib.
Çarlz 1974-cü ildən bu yana cəmi 131 gün azadlıqda olub. Həbsxanada daim idmanla məşğul olan Bronson dəmir barmaqlıqları əli ilə əyə biləcək dərəcədə güclüdür. Fitness və güc mövzusunda altı dünya rekordunun sahibidir.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır