Gürcüstanın daxili işlər naziri Azərbaycanla sərhəd mübahisəsi haqda

Azərbaycanla sərhədlərin demarkasiyasını maksimal mümkün qısa müddət ərzində yekunlaşdırmaq lazımdır. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Gürcüstanın daxili işlər naziri, təhlükəsizlik Şurasının katibi Georgi Qaxariya çıxış edib. O, bu mövzu ilə spekulyasiya edib etnik nifaq salmaq istəyənləri “ehtiyatlı olmağa” çağırıb.
Qaxariya qeyd edib ki, hakimiyyət qardaş dövlət Azərbaycanla razılaşma əldə edəcək. Lakin məsələ həssas olduğu üçün bu mövzuda spekulyasiyalara yer olmamalıdır.
“Bu çox həssas mövzudur. Bu bizim irsimizdir, postsovet irsidir və əlbətdə ki, sərhədlərin demarkasiyası mümkün qədər tez başa çatdırılmalıdır. Birmənalı olaraq bu mövzu ilə spekulyasiya etməyə, etnik nifaq salmağa çalışanlara çağırış edirəm ki, olduqca ehtiyatlı olsunlar. Çünki biz əminik ki, strateji tərəfdaşımızla və qardaş dövlətlə demarkasiya çərçivəsində razılaşma əldə edəcəyik və bu razılaşma çərçivəsində həm bizim mədəni irsimiz, həm Kilsəmizin maraqları nəzərdə tutulacaq”-nazir bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanla Gürcüstan sərhədindəki “Keşikçi Dağ” monastrı ətrafında gərginlik yaranıb. Gürcü zəvvarlar iddia ediblər ki, Azərbaycan sərhədçiləri monastra gediş-gəlişi məhdudlaşdırıblar.
Bu insidentdən əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanı sərhədlərin demarkasiyasını tezliklə başa çatdırmağa çağırmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistanda yerli özünüidarəetmə orqanlarına yenidən seçkilər keçirildi
Rusiyada koronavirusdan daha 776 nəfər öldü
Zaxarovadan İranın yük maşınlarının saxlanmasına - Münasibət
Çavuşoğlu: “PKK-nın İraqda mövcudluğunu əsla qəbul etməyəcəyik”