Gürcüstanda koronavirusun “Omicron” ştamına yoluxanların sayı 600-yə çatıb.

“Minval.info” xəbər verir ki, bu barədə məlumatı ölkənin Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət üzrə Milli Mərkəzin Mətbuat xidməti açıqlayıb.

“Yanvarın 6-na olan məlumata görə, laboratoriya şəraitində “Omicron” ştamına 600 yoluxma faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

Gürcüstanda son sutka ərzində koronavirusa 4234 yoluxma halı qeydə alınıb, 46 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Gürcüstanda “Omicron” ştamına ilk iki yoluxma faktı 2021-ci il dekabrın 20-si qeydə alınıb. Yoluxan şəxslərin biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə qayıdan şəxslər olub.

Xatırladaq ki, “Omicron” ştamı ilk dəfə noyabr ayının sonlarında Botsvana və CAR-da aşkar olunub.