Gürcüstanda NATO təlimi başlayıb
Gürcüstanda NATO-nun “Çevik ruh 2019” çoxmillətli hərbi təlimi başlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə Gürcüstanla yanaşı, Bolqarıstan, Belçika, Böyük Britaniya, ABŞ, Yunanıstan, Latviya, Litva, Monteneqro, Rumıniya, Polşa, Norveç, Türkiyə və Ukraynadan olan 3 000-dən çox hərbçi iştirak edir.
Avqustun 9-na qədər davam edəcək təlim 3 məkanda keçiriləcək.
Təlimin keçirilməsində məqsəd iştirakçı ölkələr arasında funksional uyğunluğun gücləndirilməsi, çoxmillətli mühitdə əməliyyatların planlaşdırılması və həyata keçirilməsi imkanlarının artırılması və Qara dəniz regionunda sabitlik və təhlükəsizliyin qorunmasına töhfə verməkdir.
Qeyd edək ki, NATO-nun “Çevik ruh” təlimi Gücüstanda 2011-ci ildən etibarən keçirilir. Bu təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub