Gürcüstanda müxalifət partiyasının liderləri həbsdən azad olunublar
Gürcüstanda pul yumada ittiham olunan TBC Bankın təsisçiləri, müxalif “Lelo” Partiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze cinayət işi üzrə təqsirli biliniblər.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Tbilisi Şəhər Məhkəməsində qəbul olunub.
Qərara əsasən, onlar 7 il müddətinə azadlıqdan məhrum edilsələr də, iddia müddəti başa çatdığına görə cinayət məsuliyyətindən azad olunublar. M.Xazaradze və B.Caparidze zaminə buraxılıb və ölkəni tərk etmələrinə qadağa tətbiq edilib. Təqsirləndirilənlər barədə girov və həbs qərarları ləğv olunub.
Xatırladaq ki, M.Xazaradze və B.Caparidzeyə qarşı 2019-cu ilin iyulunda 16 754 000 ABŞ dollarının qanunsuz leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. İş üzrə materiallara əsasən, pul yuma faktı 2008-ci ilin aprel-may aylarında həyata keçirilib. Məhkəmə qərarına əsasən, hər ikisinin bank hesablarına həbs qoyulub, hər biri 700 min lari girov müqabilində və ölkəni tərk etməmək qadağası ilə azadlığa buraxılıb. Hər iki müxalifətçi onlara qarşı qaldırılan cinayət işini absurd adlandırıraraq siyasi motivlərə görə təqib olunduqlarını iddia ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub