Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Tbilisidəki büstü ziyarət olunub.
Minval.info-nun məlumatına görə “Report”un yerli bürosu xəbər verir ki, anım mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycanın keçmiş Baş və Xarici İşlər naziri Həsən Həsənov, səfirlik əməkdaşları, SOCAR şirkətinin nümayəndələri, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.
Ulu öndərin abidəsi önünə əklillər və gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Mərasim çərçivəsində Tbilisidəki Heydər Əliyevin adına memorial abidə və Rustavi şəhərindəki heykəli də ziyarət edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub
