Gürcüstanda azərbaycanlı avtoritetlər saxlanıldı
Gürcüstanda azərbaycanlıların daxil olduğu 10 kriminal avtoritet saxlanılıb.
Minval.info apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.
Saxlanılanların qanuni oğrularla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub