Güllələnən gənc müğənnidən pis xəbər
Türkiyədə qatıldığı səs yarışması ilə tanınan və Diyarbəkirdəki evində silahla başından vurulan müğənni Mutlu Kayadan xəbər var.
Minval.İnfo axşam.az-a istinadən bildirir ki, bir müddətdir evə buraxılan gənc ifaçının müalicəsi yarımçıq qalıb.
Belə ki, ailəsinin maddi durumunun yaxşı olmaması səbəbindən müalicəsi yarımçıq qalan Mutlu ümidini itirmədiyini və yenidən əvvəlki vəziyyətinə geri dönəcəyinə inandığını bildirib.
Qeyd edək ki, M. Kayanı televiziya proqramlarından birində keçirilən səs yarışmasında müğənni Sibel Can Diyarbəkirdən tapıb gətirmişdi. Proqramın növbəti günlərinə qatılmadan öncə, ötən il mayın 18-də Kaya öz evində silahla vurulmuşdu. Gənc qızın sevgilisi Veysi Ercan şübhəli qismində həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da Demokratlar Temsilciler Məclisində üstünlük əldə etdi
Yeni Zelandiyada seçkilər: Həyat xərcləri kampaniyanın mərkəzindədir
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənlərə mükafat təklif edir
Zelenski: Trampın 'böyük razılaşması' təhlükəli ola bilər
Səudiyyə Ərəbistanında raket həyəcanı: Arap Koalisyonu hücumu dəf etdi
Gəza zolağında yağışlar dağıntılara səbəb oldu: iki yaralı