Gözəllik kraliçasından oteldə dəhşətli əməl - Video
Uruqvayın keçmiş gözəllik kraliçalarından Fatimih Davila Sosa, Meksikada qaldığı otel otağında asılı vəziyyətdə tapılıb.
Minval.info Milli.az-a istinadən xəbər verir ki, Meksikaya iş və tətil üçün gedən gənc model qaldığı otelin tualetində ölü tapılıb.
Ölkəsini 2006-cı ildə “Kainat gözəli” və 2008-ci ildə da “Dünya gözəllik” müsabiqəsində təmsil edən Davilanın ölümü ilə bağlı istintaq tədbiri gücləndirilib.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Boynundan asılı vəziyyətdə tapılan Davila barədə danışan səlahiyyətli şəxs “Araşdırma davam edir. Davilanın 23 apreldə Meksikaya gəldiyini müəyyən etdik. Burada yaşayan bir şəxs ona kömək edib və bu oteldə onu qonaq edib. İş görüşü üçün Meksikaya gəlibmiş” deyib.
Qeyd edək ki, model ölümündən öncə “Həyatın hər anından keyf alın” mesajı paylaşıbmış.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək