Göygöldə bıçaqlanma hadisəsi olub.
“Qafqazinfo”nun xəbərinə görə, rayon sakinləri – 1995-ci il təvəllüdlü Rəhimov Yusif və 1992-ci il təvəllüdlü Hüseynova Günel bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hər iki şəxs eyni adam tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.


































