Göyçayda 90 minə yaxın şəxs vaksin olunub

Göyçay rayonunda koronavirus infeksiyasına qarşı 127 min 756 vaksin vurulub.
Göyçay rayon Mərkəzi Xəstəxanasından Minval.info-ya verilən məlumata görə, bu günə qədər rayon üzrə 51 min 208 nəfər birinci dozanı qəbul edib. 38 min 274 nəfər isə hər iki doza peyvənd olunub. Hazırda peyvəndləmə prosesi davam etdirilir.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Xəstəxanadan qeyd ediblər ki, bu günə qədər peyvənd olunanlar sırasında əks-təsir faktı aşkar edilməyib: “Həmçinin, peyvənd olunanlar arasında xəstəliyi ağır keçirənlərə və ölüm hallarına rast gəlinməyib”.
Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 8 169 473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 668 637, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 500 836 təşkil edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?