Goranboyda qayınata gəlinin evinə hücum etdi
Goranboy rayonunda qayınata gəlinin evinə hücum edərək nənəsini döyüb. Hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayevin oğlu Hamlet, Rusiyadan geri dönərək gəlini Səbinəni evinə qaytarmaq istəyib. Lakin gəlinin nənəsi və anası buna icazə verməyib və tərəflər arasında mübahisə yaranıb.
Minval.info xəbər verir ki, mübahisə zamanı Hamlet qapını zorla açaraq qadına xəsarət yetirib. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən Hamlet Ağayev saxlanılıb və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Goranboy Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq əldə olunub və məhkəmənin qərarı ilə Hamlet Ağayev 300 manat cərimə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır