Google-nun yeni süni intellekti ilə gündəlik işlərdə 30 dəqiqə qazanmaq mümkündür
Google, süni intellektin smartfonların idarə edilməsində inqilab yaradacağını açıqlayıb. Şirkət, istifadəçilərin hər bir əməliyyatı əl ilə etməsinə ehtiyac qalmadan, yeni rəqəmsal köməkçilər üzərində çalışır.
Minval.info xəbər verir ki, Google-un Android ekosistemi üzrə rəhbəri Sameer Samat, bu yeni nəsil süni intellekt sistemlərinin istifadəçilərə gündəlik 10-30 dəqiqə vaxt qazandıra biləcəyini vurğulayıb.
Bu texnologiya ilə istifadəçilər yalnız nə etmək istədiklərini bildirəcək və süni intellekt müxtəlif tətbiqlər arasında keçid edərək tapşırıqları özü yerinə yetirəcək. Məsələn, həkim müayinəsindən sonra sığorta məlumatlarını yoxlamaq və MRT üçün görüş təyin etmək kimi proseslər tək komanda ilə həyata keçiriləcək.
Google ilə yanaşı, Apple, Samsung və OpenAI kimi şirkətlər də tətbiqlər arasında əməliyyatları yerinə yetirə bilən süni intellekt texnologiyalarını inkişaf etdirməkdədirlər. Lakin, istifadəçilərin şəxsi məlumatların təhlükəsizliyi və süni intellektə olan etibar məsələsindəki narahatlıqları texnologiyanın qarşısında duran əsas maneələrdən biri olaraq qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xərçəng hüceyrələri kimyaterapiyanı yadda saxlayır: yeni kəşf
Çeynənən tütünün faciəvi təsiri: 251 min insanın həyatı sona çatıb
Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin
Sumqayıtda 13 tibb işçisi işdən azad edildi
Payızda istehlak üçün ən faydalı tərəvəzlər açıqlandı
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası gerçəkləşdirildi