Gökhan özenin 15 yaş kiçik sevgilisi ilə sadə nikahı: Sevgi və hörmətin qələbəsi
Türkiyənin tanınmış müğənnisi Gökhan Özen, ikinci dəfə ailə həyatı quraraq özündən 15 yaş kiçik sevgilisi ilə evlənib.
Minval.info xəbər verir ki, 46 yaşlı sənətçi, uzun müddətdir birlikdə olduğu 31 yaşlı Naz Canbaz ilə sadə bir mərasimdə nikah bağlayıb. Gökhan Özen, bu xoş xəbəri sosial media hesabında paylaşaraq, “Doğru insanı tapanda hər şey öz yerini tutur. Sevgi, hörmət, sədaqət və bir qadına həqiqətən dəyər verməyin zərifliyi… Gerisi sadəcə detaldır” sözlərini qeyd edib.
Müğənni, təmtəraqlı mərasimlərdən qaçaraq, sevgilərini və qarşılıqlı hörmətlərini ön planda tutduqlarını bildirib. Gökhan Özen və Naz Canbaz, münasibətlərini ilk dəfə 2025-ci ilin avqustunda sosial mediada paylaşdıqları foto ilə ictimaiyyətə açıqlayıblar. Ötən ilin iyununda isə müğənni sevgilisinə evlilik təklifi edib.
Xatırladaq ki, bu, Gökhan Özenin ikinci evliliyidir. O, 2010-cu ildə keçmiş millət vəkili Mehmet Sevigenin qızı Selen Sevigenlə ailə qurmuşdu və bu evlilikdən iki qızı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım