Qış Parkında kütləvi dava düşüb, 2 nəfər bıçaqlanıbPaytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Rəhimov Riad Rabil oğlu hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.