16.02.2022 - 12:00
Foto
19 baxış
“Gənc Liderlər üçün Qış Universiteti” layihəsi başa çatdı - FOTOLAR
Naftalan ŞİH-nin, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc Liderlər üçün Qış Universiteti”nin layihəsi çərçivəsində gənclər Naftalan şəhəri ilə tanış olublar.Şəhərin mərkəzində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət ediblər.
Gənclərə məlumat verilib ki, Vətən Müharibəsinin başladığı ilk gün erməni vandallarının atdığı top mərmisi nəticəsində Naftalan şəhəri Qaşaltı Qaraqoyunlu kənd sakinləri – bir ailənin ikisi uşaq olmaqla beş üzvü şəhid olmuşdur.
Həmçinin, gənclər 44 günlük Vətən Müharibəsində Naftalan şəhərinə düşən top mərmilərinin izləri və şəhərin girişində Tanıtma Lövhəsində quraşdırılan tarixi məlumat lövhəsi ilə tanış olublar.
Qeyd edək ki, panellər çərçivəsində Millət Vəkilləri – Naqif Həmzəyev, Pərvin Kərimzadə, İlham Məmmədov, Məzahir Əfəndiyev, Jalə Əhmədova, Könül Nurullayeva, Ceyhun Məmmədov iştirak edib, şəhərimizin qonağı olublar.
Layihənin məqsədi gənc liderlərin kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.


ƏLAQƏLİ
Bunu da oxu
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
26.07.2026 - 15:02






ƏLAQƏLİ
Bunu da oxu
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
26.07.2026 - 15:02

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
26.07.2026 - 15:02
Meksikada “Z nəsli”etirazları böyüyür
16.11.2025 - 09:51
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
14.11.2025 - 11:20
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
07.03.2025 - 22:51
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
27.06.2024 - 14:39
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
20.06.2024 - 14:07
İş başında ölən zavod işçilərinin FOTOSU
04.06.2024 - 12:12
Renkadan yeni FOTOLAR
31.05.2024 - 14:23