Gəncədə partlayış nəticəsində ağır xəsarət alan ana və oğlu Bakıya gətirilib

Noyabrın 18-də Gəncə şəhərində evdə baş verən partlayış nəticəsində ağır yanıq xəsarətləri alan ana və oğlu Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.
“Minval.info” “Report”a istinadən xəbər verir ki,1977-ci il təvəllüdlü Sahibə Rasim qızı Verdiyeva və onun oğlu, 1998-ci il təvəllüdlü Əli Vahid oğlu Veridyev Gəncədəki xəstəxanaların birinə yerləşdirilmişdilər.
Onların vəziyyəti ağır olduğundan bu gün Bakı şəhərində yerləşən xəstəxanaların birinə gətiriliblər.
Qeyd edək ki, ötən gün axşam saatlarında şəhərin Əlişir Nəvai küçəsində yerləşən evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan qadın və oğlu ağır yanıq xəsarətləri alıb, fərdi evdə qismən dağıntılar olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur