К содержанию

Gəncədə evdə gizli nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb – FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “minval.info”ya verilən məlumata görə, avqust ayının 1-də BPİ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinə gətirilib.

Bölmədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, şəhər sakinləri Bəxtiyar Kərimov və Yaşar Səfərov əvvəlcədən danışaraq nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

Həmin şəxslər də daxil olmaqla 7 nəfər məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Tarix: 2020/08/02 11:42

Ölkə, Vacib

  Dostlarımızın xəbərləri

Digər xəbərlər

“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu

Sərfəli xidmətləri ilə tanınan “Nar” sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək “Ümid oturacağı” layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6–12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq […]

Natiq Zərbalı: “Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi”

Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm

Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? – RƏSMİ

Son günlər sosial şəbəkələrdə 2026-cı ildən etibarən sürücülük vəsiqəsi üçün imtahanların Dövlət İmtahan Mərkəzinin (DİM) tabeliyinə veriləcəyi

Sabah 22 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinə CİNAYƏT İŞİ AÇILDI

“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsi həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaitini talayıb.

Azərbaycandakı ilk kazino necə olacaq: Emin Ağalarov göstərə-göstərə danışdı

”Yemək-içmək pulsuz təqdim ediləcək” ”Sea Breeze” layihəsinin sahibi, iş adamı Emin Ağalarov Azərbaycanda inşa olunan ilk kazinonun

“Mehdiyev qapıma gəldi, istədiyini vermədim, düşmən olduq”

Ramiz Mehdiyev mənə ən müxtəlif vasitələrlə təzyiq göstərirdi, ancaq sonra özü bəlaya gəldi.

Metroda intervalla bağlı əhaliyə ŞAD XƏBƏR

”Dövlət proqramına uyğun olaraq Bakı metrosunda xətlər ayrılacaq.

BDYPİ yorğun və yuxusuz sürücülərə MÜRACİƏT ETDİ

”Gün ərzində fasiləsiz yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin sürücülərinin yollarda hərəkəti təhlükəlidir.