Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyevin idarə etdiyi “ZİL-131” markalı avtomobil çaya aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, hadisə nəticəsində Ş.Vəliyev və sərnişini olan oğlu Etibar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.