Fransada məktəblərdə etirazlar nəticəsində ciddi ziyan dəyib
Fransada məktəblilərin iştirakı ilə keçirilən etiraz aksiyaları zamanı 100-dən çox təhsil müəssisəsinə ciddi ziyan dəyib. Təhsil naziri Eduard Jefr bu barədə açıqlama verib.
Minval.info xəbər verir ki, oktyabrın 2-də ölkə üzrə 3 700 məktəbdən 400-ü fəaliyyətini dayandırıb. Bir sıra təhsil müəssisələrində dərslər distant formada keçirilir. Etirazlar zamanı təhsil sistemində 65 nəfər əməkdaş, o cümlədən 40 məktəb direktoru xəsarət alıb, 170 şagird isə zərər çəkib.
Nazir bildirib ki, dövlət təhsil sisteminə qarşı hücumlar baş verir və bu vəziyyətdən zorakılığa meyilli qruplar istifadə edir. O, valideynləri övladlarının təhlükəsizliyinə diqqət yetirməyə çağırıb.
Ötən gün Fransanın müxtəlif departamentlərində təxminən 900 etiraz aksiyası keçirilib. Bu zaman hüquq-mühafizə orqanları 2 minə yaxın şəxsi saxlayıb, 300-dən çox polis və jandarm yaralanıb.
Paris və Lionda bəzi təhsil müəssisələri yanğın nəticəsində zədələnib. Nant şəhərində isə Nelson Mandela adına liseyin foyesi yandırılıb və onun ən azı noyabr ayına qədər bağlı qalacağı bildirilib.
Ədliyyə naziri Jerald Darmanen prokurorlara valideynlərin yetkinlik yaşına çatmayan övladlarının törətdiyi ziyana görə məsuliyyətə cəlb olunması ilə bağlı işlər açmağı tapşırıb.
ƏLAQƏLİ
Bakıda sərnişinlərdən narazılıq: bu avtobusda hər həftə problem yaşanır
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zakir Fərəcov Sumqayıtda sakinlərlə səyyar görüş keçirdi
Bakıda sərnişinlərdən narazılıq: bu avtobusda hər həftə problem yaşanır
Ağamirzə Məmmədov yas mərasimləri ilə bağlı vəsiyyətini açıqladı
Siqaret çəkənlər üçün yeni cərimələr təyin edilib
Qənirə Paşayeva ilə bağlı bacısından duyğusal paylaşım
Anım Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərildi
Şəhid Rasim Məmmədovun anası: “Oğlum yeddi oğula bərabər idi”