Əfqanıstanda terrorçu-kamikadzenin polis məntəqəsinə hücumu nəticəsində 3 asayiş keşikçisi ölüb, 18 nəfər yaralanıb.
“Report” “TOLOnews”a istinadən xəbər verir ki, bunu yerli Təhlükəsizlik Xidmətindən bildiriblər.
Hadisə Əfqanıstanın cənub-şərqində yerləşən Qəndəhar əyalətində baş verib.
Hücumla bağlı rəsmilər əlavə məlumat verməyib.


































