Əfqanıstanda daha bir partlayış - Ona yaxın jurnalist həlak olub
Əfqanıstanın paytaxtı Kabul şəhərində partlayış baş verib.
Şiələrin yaşadığı məhəllədə baş verən partlayışdan sonra jurnalistlər və təcili yardım maşınlarının gəlməsindən sonra ikinci partlayış baş verib.
Minval.info xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nusrət Rəhimi ilk partlayışda ən az 20 ölü, 70 nəfər yaralı olduğunu bildirib. İkinci partlayışdan xəsarət alanların sayı barədə bilgi verilməyib.
Kabul polisinin sözçüsünün verdiyi açıqlamada partlayış olan vaxt həmin yerdə çox sayda jurnalist və polisin olduğunu bildirib.
Əfqanıstanın paytaxtı Kabulda son zamanlarda jurnalistləri hədəf alan bir neçə partlayış baş verib. 30 Apreldə 15 dəqiqə arayla baş verən 2 partlayışda 9 jurnalist həyatını itirib. Eyni gün Kabulun başqa bir məhəlləsində baş verən bir partlayışda isə 1 nəfər jurnalist həyatını itirmişdi.
Beynəlxalq Jurnalistlər Federasiyasının verdiyi açıqlamaya görə, son partlayışla birlikdə 2018-ci ildə öldürülən jurnalist sayı 32 nəfərə çatıb.
Vüqar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır