28.11.2026 - 12:14
Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır
Gündəm 326 baxış

Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə müasir texnologiyalardan istifadə etməyə başlayıb. Bu barədə Baku.ws-ın məlumatına görə, BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev açıqlama verib.

Elvin Hacıyev bildirib ki, daha çox yol-nəqliyyat hadisəsi baş verən ərazilər xüsusi olaraq araşdırılır. Bu ərazilər “qəza ocaqları” adlandırılaraq, orada baş verən hadisələrin səbəbləri ətraflı təhlil edilir. Araşdırmalar zamanı yol infrastrukturu, işıqlandırma və sürücülərin diqqətini itirməsi kimi amillər qiymətləndirilir.

Süni intellekt texnologiyaları bu prosesdə əhəmiyyətli rol oynayır. Süni intellekt vasitəsilə yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi ərazilər müəyyən edilərək, bu ərazilər qəza ocaqları kimi təsnif edilir. Bu təhlillərin nəticələrinə əsasən, həmin bölgələrdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: