Əflatun Amaşov: "Bəzən ən müxtəlif peşə sahiblərinin cibindən jurnalist vəsiqəsi çıxır"
“Mətbuat Şurasında hər zaman mətbuatın saflaşdırılması ilə bağlı mübarizə aparmışıq. Ancaq yenə də kiminsə qəzetini qoltuğuna vurub hansısa bir dövlət qurumuna getdiyini görürük. Burada məqsəd başqa şeydir”.
Minval.info-nun xəbərinə görə, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qanun mətbuatın inkişafında xüsusi rol oynayacaq: “Qanun layihəsi media fəaliyyətinə bütöv orqanizm kimi baxmağa imkan verir. Bəzən ən müxtəlif peşə sahiblərinin cibindən jurnalist vəsiqəsi çıxır. Təxminən, həmin kateqoriyadan olan insanların sayı 20-28 min arasındadır. Onlar jurnalistikadan sui-istifadə yolu tutublar. Hesab edirəm ki, Media Reyesteri çox vacibdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur