Fıstığın yaşlıların beyninə təsiri ilə bağlı yeni araşdırma
Hər gün fıstıq yeməyin yaşlı insanların beynində insulinə həssaslığı artırma potensialı olduğu məlum olub. Bu barədə “Food & Function” jurnalında yayımlanan bir araşdırma məlumat verir.
Minval.info xəbər verir ki, araşdırma çərçivəsində orta yaşı 67 olan 31 nəfər iştirak edib. Onlar 16 həftə ərzində hər gün 60 qram duzsuz, qovrulmuş fıstıq istehlak ediblər.
Aparılan MRT müayinələri nəticəsində yaddaş və öyrənmə proseslərində əsas rol oynayan hipokamp və parahipokampal bölgələrdə beynin insulinə reaksiyasında dəyişikliklər müşahidə edilib.
Alimlər bu dəyişikliklərin potensial olaraq faydalı ola biləcəyini qeyd edirlər. Lakin araşdırmanın kiçik ölçülü və qısa müddətli olması səbəbindən fıstığın yaddaşı birbaşa yaxşılaşdırdığını iddia etmək hələ ki, mümkün deyil.
Tədqiqatçılar fıstığın təsirinin daha dərindən öyrənilməsi üçün geniş və uzunmüddətli araşdırmaların aparılmasının zəruriliyini vurğulayıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Öskürək zamanı sitrus meyvələri və şirniyyatdan çəkinin
Sumqayıtda 13 tibb işçisi işdən azad edildi
Payızda istehlak üçün ən faydalı tərəvəzlər açıqlandı
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası gerçəkləşdirildi
Qəhvənin insanlara fərqli təsiri: Dietoloq elmi əsasları açıqladı
Azərbaycanda quduzluq: yalnız bir yeni hal aşkar edilib
Dünya yeni pandemiya təhlükəsi ilə üz-üzədir