Filippin prezidenti Obamadan üzr istədi
Filippin prezidenti Rodriqo Duterte ABŞ-ın sabiq lideri Barak Obamanın ünvanına əvvəllər söylədiyi sözlərə görə üzr istəyib.
R.Duterte bu barədə Qüdsə səfəri çərçivəsində Filippin icması ilə görüşündə bildirib.
“Mən onun haqqında danışdıqlarıma görə üzr istəyirəm. Barak Obamanı narkotik maddələrin dövriyyəsi ilə məşğul olanlarla bizim hökumətin mübarizəsi barədə dediklərinə görə bağışlayıram”, – deyə R.Duterte vurğulayıb.
Bununla yanaşı, Filippin lideri hesab edir ki, ABŞ-ın sabiq prezidenti Ağ Evin indiki sahibi ilə müqayisədə daha soyuq personaj idi:
“Donald Tramp mənim böyük dostumdur və biz onunla bir mövqedəyik”.
Filippin lideri Manilanın narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olanlara qarşı mövqeyini dəfələrlə tənqid edən ABŞ-ın sabiq prezidenti barədə kəskin ifadələr işlətməsi ilə məşhurdur.
2016-cı ilin sentyabrında o, B.Obama barədə təhqiredici ifadə işlədərək, bir neçə gündən sonra Laosda keçiriləcək ABŞ-ASEAN sammiti çərçivəsində görüşləri zamanı onun ünvanına daha kəskin ifadələr səsləndirəcəyini bildirmişdi.
Bundan sonra ABŞ administrasiyası iki liderin əvvəlcədən planlaşdırılan görüşünü ləğv etmişdi. oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır