04.09.2026 - 18:25
Dünya 15 baxış

Ərzaq qiymətləri rekord həddə çatdı!

Dünyada ərzaq məhsullarının qiymətləri avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, FAO-nun Ərzaq Qiymətləri İndeksi avqust ayında iyul ayı ilə müqayisədə 1,9 faiz artaraq 133,3 bəndə yüksəlib. İllik müqayisədə isə bu artım 2,5 faiz təşkil edib.

Minval.info xəbər verir ki, ən böyük bahalaşma şəkər məhsulunda qeydə alınıb. Belə ki, avqust ayında şəkərin qiyməti 11,9 faiz artıb. Bundan əlavə, buğdanın qiyməti 2,6 faiz, qarğıdalının qiyməti isə 2,5 faiz yüksəlib. Ümumilikdə, taxıl məhsulları üzrə qiymət artımı 2,2 faiz olub.

Ekspertlər qiymətlərin artmasını əsasən geosiyasi gərginliklər və ekstremal hava şəraiti ilə əlaqələndirirlər. Avropada davam edən isti hava dalğaları kənd təsərrüfatına ciddi təsir göstərib, məhsuldarlığın azalması isə qitənin ərzaq idxalından asılılığını artıraraq dünya bazarında rəqabəti gücləndirə bilər. FAO xəbərdarlıq edir ki, hava şəraiti ilə bağlı risklərin yaxın zamanda aradan qalxması gözlənilmir və bu, qlobal ərzaq bazarında yeni inflyasiya dalğası riskini artırır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: