Ermənistanın qəza baş verib, telefon və internet kəsilib, insanlar metroda qalıb
Ermənistanın enerji sistemində qəza baş verib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarından Yerevanın enerji təchizatında problemlər yaşanır.
Şəhərdə telefon və internet fasilələrlə işləyir.
Yerevan metrosunda da problemlər yaranıb. Metropolitenin direktoru Qevorq Avetisyan sərnişinlərin təxliyə olunduğunu bildirib. Artıq 12 min sərnişinin təxliyə olunduğu bildirilir.
“Hazırda ölkənin enerji sistemində qəza baş verib. Yerevan İstilik Elektrik Stansiyası və Razdan İstilik Elektrik Stansiyasında 5-ci enerji bloku sönüb. Bütün ölkə üzrə enerji təminatında kəsintilərin olması mümkündür”, – deyə baş nazirin müavini Tiqran Avinyan “Facebook”da yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub